Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir - İtaliyalı ekspert 

23:41 20.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bizim Qarabağda qarşılaşdığımız mənzərə dəhşətlidir. Bütün tikililər məhv edilib”.

Hafta.az xəbər verir ki, bu sözləri Ağdamda İmarət Kompleksində azertac-a  müsahibəsində bərpa üzrə italiyalı ekspert Alessandro Bianki deyib.

O əlavə edib:

“Hətta qəbiristanlıqlar da dağıdılıb. Biz Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu ilə əməkdaşlıq etməkdə maraqlıyıq. Bundan əlavə, dağıdılmış binaların restavrasiyasına da ehtiyac var”.